Deputatı dəyənəklə döydülər

  • By Mina
  • 18 Aprel 2024 12:11

Gürcüstan parlamentinin müxalif deputatı Aleko Elisaşvili bildirib ki, aksiya zamanı polisin hərəkəti nəticəsində qabırğası sınıb.

Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu əmri patrul polisinin rəisi Vaja Siradze şəxsən verib.

Deputatın bildirib ki, onu bir neçə dəfə dəyənəklə vurublar və Didubi polis bölməsinə aparıblar, bir neçə saat orada saxlayıblar. Klinikada qabırğa sınığı diaqnozu qoyulduqdan sonra Elisaşvili evə buraxılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi hələlik bu hadisəyə münasibət bildirməyib.

Qeyd edək ki, Elisaşvili komitənin iclasında xarici agentlərlə bağlı layihəni müzakirə edərkən hakim partiyanın liderlərindən birini vuran deputatdır. Bundan sonra iqtidar fəalları orada, parlament binasında ona hücum ediblər.

Gununsesi.info