Deputatı ifadəsinə görə mandatdan məhrum etmək yanlışlıq olar - Qüdrət Həsənquliyev

  • By admin
  • 08 Sentyabr 2016 17:05
qudret
Milli Məclisin deputatlarının etik davranış qaydaları haqqında” qanun hazırlanarkən diqqətli olmaq lazımdır”.
Gununsesi.info  xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında  deyib.  Onun sözlərinə görə,  “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi onsuz da çox həssas bir məqamda müzakirəyə çıxarılacaq.
“Belə ki, sentyabrn 26-da keçiriləcək referendumda da deputatların fəaliyyətinə xitam verilmə məsələsi var. Axı, dünyanın digər ölkələrinin parlamentlərində deputatlar əlbəyaxa dava edir və bizlər də bunun şahidi olmuşuq. Ancaq onlar bu hərəkətlərinə görə, fəaliyyətlərinə xitam verilmir. Düzdür, bu, yaxşı hal olmasa da, dünyada belə hadisələr olur. Demək istəyirəm ki, Azərbaycanda deputatların etik davranış qaydaları hazırlanarkən bu məsələlər nəzər alınmalıdır. Daha deputata hansısa ifadəsinə görə, mandatına xitam verilməməlidir. Sadəcə, qanun layihəsində deputatlar bir-birinə fiziki xəsarət yetirdikdə mandatdan məhrum edilə bilər və bu, başadüşüləndir. Yəni, demək istəyirəm ki, burada müəyyən bir qırmızı xətt müəyyənləşdirilməlidir. İfadəyə görə deputatın mandatdan məhrum edilməsi yaxşı qarşılanan hadisə olmayacaq. Ona görə də diqqətli olmaq lazımdır”- deyə, Q. Həsənquliyev bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info