Xəbər verdiyimiz kimi, Lerik rayonunu Piran kəndi ərazisində broyler fabrikində partlayış olub.
Gununsesi.info xəbər verir ki, kəndin icra nümayəndəsinin rəhbəri Rizvan Əsədov unikal.org-a bildirib ki, hadisə qaz balonun partlaması nəticəsində baş verib: “Partlayış nəticəsində güclü yanğın olmasada, təəssüflər olsun ki, ölən və yaralananlarımız olub”.
R.Əsədov partlayış nəticəsində 1 nəfərin öldüyünü və iki nəfərin yaralandığını bildirib.
R.Əsədov ölən və yaralananların adlarını açıqlayıb:
“Dünyasın dəyişən şəxs kənd sakini Məmmədov Valeh Oruc oğludur.Yaralılar isə Əliyev Mehman Ağamir oğlu və Aslanov Akif Oruc oğludur. Hazırda hər iki yaralı Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.
****
Lerik rayonunda broyler fabrikində partlayış olub.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Piran kəndi ərazisində qeydə alınıb.
Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, Lerik rayonun Piran kəndində yerləşən “Lerik Broyler” MMC millət vəki İqbal Məmmədova məxsusdur.
Gununsesi.info