Deputatın çıxışı “Azərsu”nu hərəkətə gətirdi - DAVAMI OLCAQMI? + FOTO

  • By admin
  • 14 Fevral 2021 13:53

Milli Məclisin son toplantısında deputat Naqif Həmzəyevin “Azərsu”nun Gəncədə yol infrastrukturunu dağıtması, kanalzasiya-su çəkilişlərinin on ildən artıqdır ki, başa çatmaması barədə ittihamları böyük rezonansa səbəb olub.

Belə ki, medianın bu məsələni ictimailəşdirməsindən sonra “Azərsu” rəhbərliyi hərəkətə keçib.
İllərdir ki, yarımçıq qalan bəzi dağıdılımış yollarda işlərə başlanılıb.

Gununsesi.info Gəncənin mərkəzi küçələrindən birindən çəkilmiş köhnə və yeni fotonu təqdim edir.

Ancaq “Azərsu” rəhbərliyinin bu işi sona çatdırıb-çatdırmayacağı isə sual altındadır.

Gununsesi.info