Deputatın haker oğlu ABŞ-da həbs edildi: 27 il

  • By admin
  • 22 Aprel 2017 18:43

hebs_0451

 

Kibercinayətkarlıqda təqsirli bilinən Rusiya vətəndaşı Roman Seleznev federal məhkəmə tərəfindən 27 il müddətinə həbs edilib.

Gununsesi.info xəbər verir ki, rusiyalı deputat Valeri Seleznevin oğlu olan Roman Seleznev bank fırıldağı, təhlükəsiz kompüter şəbəkələrini ələ keçirmə, qeyri-qanuni kiber vasitələr əldə etmə və saxta vəsiqə çıxarma maddələri ilə ittiham edilib.

Qeyd edək ki, bu, ABŞ tarixində kibercinayətkarlıqla bağlı verilmiş ən böyük cəzadır.

Xatırladaq ki, Seleznev ABŞ xüsusi xidmət orqanları tərəfindən 2014-cü ildə Maldiv adalarında yaxalanmışdı.

Vaşinqtonun bu addımı Rusiya hökumətinin kəskin etirazı ilə nəticələnmişdi.

 

Gununsesi.info