Deputatın mərhum dostuna qarşı iddiası təmin olundu

  • By admin
  • 23 Avqust 2016 17:52

RUFET

Bu gün Səbail rayon Məhkəməsində deputat Rüfət Quliyevin vətəndaş Nuranə Səfərovaya qarşı iddiası əsasında məhkəmə başlayıb.

Gununsesi.info xəbər verir ki, Report.az-a bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edib və məhkəmə heyyətinə etirazını bildirib. Hakim vəsatəti təmin edib.

İş hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, deputat R.Quliyev 2015-ci ilin martında dünyasını dəyişmiş Namiq Səfərovun ailəsini məhkəməyə verib. Deputat iddia ərizəsində bildirib ki, 2011-ci ildə N.Səfərovla aralarında öhdəlik müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, aylıq 8-10 faiz olmaqla, N.Səfərova ümumilikdə 81 min 850 dollar verib. R.Quliyev 2014-cü ildə verdiyi pulu və faizləri tələb edərək, N.Səfərovun həyat yoldaşı Nuranə Səfərovadan pulunu tələb edib. Deputat mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edir.

Gununsesi.info