Deputatın oğlunun adına milyonluq mülklər üzə çıxdı - FOTOLAR

  • By admin
  • 20 İyul 2020 11:47

Gununsesi.org bildirir ki, Dünyanınsəsi.Az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həcənli qeyd edib ki, deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb. 

Pərviz Vəliyev Kabuletidə ən azı 3 çoxmənzilli binaya sahibdir.

“Agmashenebeli küçəsindəki bu beşulduzlu otelin təməli isə 3 il əvvəl atılıb. İnvestiya dəyəri 200 milyon laridir Təxminən 65 milyon dollar. 40.000 kv.metrlik sahəsi olan və 400 nəfərin işləyəcəyi oteldə 220 otaq və 300 nəfərlik konfrans salonu nəzərdə tutulur. Hotelin investoru deputat Ağalar Vəliyevin oğluna məxsus “Kristal Building” LTD şirkətidir” – jurnalist qeyd edib.

C.Həsənli bildirib ki, Tiflisin Zemo Vedzisi küçəsindəki kompleksin tikintisi azərbaycanlı investorlara 120 milyon dollara başa gələcək: “Kompleksə beşulduzlu otel, iş mərkəzi, yaşayış binası və səhiyyə ocağı daxildir. İnvestor deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin şərik olduğu Kristal Building Ltd şirkətidir”.

Gununsesi.org