Milli Məclisin sonuncu iclasında millət vəkili Naqif Həmzəyev Sumqayıt və bir neçə şəhərin adını çəkərək, gecə saatlarında tikinti işlərinin aparılmasının və vətəndaşların rahatlığına təsir göstərməsindən danışıb.
BUNA DA BAX:
Lakin bunun ardından Sumqayıt Şəhər İcra Hakimiyyətinə yaxın sosial media səhifələrində deputatın bu çıxışının təkzib olunmasına cəhd edilib.
Qeyd edək ki, Naqif Həmzəyevin parlamentdəki bu çıxışı kiməsə ünvanlanmış tənqid deyil. Deputat ümumi problemləri təsvir edib. Buna baxmayaraq, nədənsə bu çıxış qıcıq yaradıb.
Gununsesi.info–nun araşdırması zamanı bəzi faktlar üzə çıxıb.
Sumqayıtın mərkəzi hissələrində (məsələn, ASAN xidmət mərkəzinin arxasında və Avtovağzal yaxınlığında) aparılan 16 mərtəbəli binaların inşası zamanı ətrafda yaşayan sakinlər tərəfindən kütləvi narazılıqlar qeydə alınıb.
Bəzi sosial platformalarda (Patrul.az və Sumqayıt 24) yayımlanan şikayətlərdə sakinlərin daimi səs-küydən dincələ bilmədiyi, tikinti meydançasından ətrafa daş və armatur parçalarının tökülərək təhlükəsizliyi təhdid etdiyi faktlarla göstərilib.
Tikinti Şirkətlərinin Ekoloji Qanunsuzluqları və Dağıntılarİnşaatçılar qəsəbəsi (“Betonzavod” ərazisi): Sakinlər yaxınlıqda aparılan yeni obyekt inşası zamanı ağır texnikaların yaratdığı vibrasiya və işlər səbəbindən şəxsi evlərinin divarlarında ciddi çatların əmələ gəldiyini idarə edərək mediaya (Baku.TV / Sumqayıt TV) müraciət ediblər.
4-cü məhəllə ərazisi: Bu zonada aparılan söküntü və tikinti işləri zamanı həm sakinlərlə kompensasiya mübadiləsində (mənzillərin sakin evdə ola-ola sökülməsi iddiası), həm də tikinti şirkətinin (“Mahal” MTK) ərazidəki onillik çinar və şam ağaclarını qanunsuz kəsərək təbiətə 42 min manat ziyan vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən faktlar aşkarlanıb və iş Baş Prokurorluğa göndərilib.
Afət Abbasova












