Deputatın tıxacdan çıxış yolu təklifi - Məktəblilər və müəllimlər üçünictimai nəqliyyat pulsuz olsun

  • By admin
  • 29 Noyabr 2022 13:00

Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev  Bakının tıxac problemindən danışıb.

Gununsesi.info-nun xəbərinə görə, deputat paytaxtın tıxac probleminin artıq günün bütün saatlarında davam etdiyini deyib.

HTML tutorial

“Bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov işə piyada gəldi, ictimai nəqliyyatda olan problemə diqqəti çəkdi. Bakıdakı tıxacların qarşısını almaq üçün bir alternativ təklif etdi. Ümid edirəm ki, digər nazirliklər, məmurlar, dövlət qurumları da bu aksiyaya qoşulacaqlar. Ancaq etiraf edək ki, pik saatlarda nə metrodan, nə də ictimai nəqliyyatdan istifadə etmək mümkün olur. Mən şəxsən cəhd etdim. Ancaq əvvəllər saat 8-9-da çətin idisə, indi saat 10-da belə metroda yer tapmaq çox çətin oldu, 3-4 vaqon buraxmalı oldum. Məsələyə ciddi yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki rejimlə metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz”.

 

Deputat qeyd edib ki, tıxacların səbəbi məktəblərdir: “Məktəblərdə payız tətili zamanı Əhmədlidən şəhərin mərkəzinə 15 dəqiqəyə gəlməyin mümkünlüyünün şahidi olmuşam. Birbaşa olaraq tıxac məhz məktəb və məktəbdə təhsil alan şagirdlərimizlə bağlıdır. Çünki hər evdən bu uşaqları məktəbə gətirmək üçün bir avtomobil çıxır. Təklif edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun. İctimai nəqliyyatda da avtobusların sayı artırılmalıdır”.

 

Günay Təhməzova

Gununsesi.info