
İyunun 7-də Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfər edəcək. Gununsesi.info xəbər verir ki, bu ziyarət Almaniya Bundestaqının iyunun 2-də uydurma erməni soyqrımı ilə bağlı qərar verməsindən bir neçə gün reallaşması bi səfərin əhəmiyyətini bir daha artırır. Artıq bir çox ekspertlər hesab edir ki, Azərbaycan prezidenti bu səfər zamanı keçirəcəyi görüşlərdə Almaniya Bundestaqının uydurma erməni soyqrımı ilə bağlı məsələni gündəmə gətirərək, mövqeyini bir daha ortaya qoyacaq.
Gununsesi.info Azərbaycan prezidenti ilham Əliyevin Almniyaya səfərinin əhəmiyyətini nəzərə alaraq ekspertlərin rəyini öyrənməyə çalışdı.
Bütün müsahiblər açıqlamalarnda bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev Almaniyada keçriəcəyi görüşlərdə Bundestaqın uydurma soyqrımı ilə bağlı məsləyə öz etirazını bildirəcək.
Professor, millət vəkili Musa Qasımlı Gununsesi.infoya açıqlamasında deyib ki, prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri həm ikitərəfli, həm də çoxrtərəfli münasibətlər baxımından faydalı olacaq: “İki ölkə arasında münasibətlərə dair çoxlu məsələlər müzakirə ediləcək. Almaniya ATƏT-ə sədrlik etdiyindən, Ermənistanın hərbi təcavüzü nəticəsində yadradılmış Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr keçiriləcək.”
Millət vəkili onu da bildirib ki, Azərbaycan prezidentinin Bundestaqın uydurma erməni soyqrımı ilə bağlı çıxardığı məlum qərarı da keçirdiyi görüşlərdə gündəmə gətirəcək: “ Heç şübhəsiz, cənab Prezidentimiz bundestaqın yalanlar üzərində qəbul edilmiş uydurma erməni soyqırımına dair qərarına etirazını bildirəcək və mənfi nəticələrini söyləyəcək”.
Millət vəkili Elman Nəsirli də hesab edir ki, Azərbaycann məsələ ilə bağlə mövqeyi aydındır və bu mövqeyini keçən həhftə Türkiyənin baş naziri Binəli Yıldırımla keçirdiyi birgə mətbuat konfransında bəyan etdi: “Bildirdi ki, bu qərar ədalətsiz və qərəzlidir, ikili standartın bariz göstəricisidir. Azərbaycan prezidenti bəyan etdi ki, niyə Almaniya bundestaqı bu qərarı indi qəbul edir? Özü də cavab verərək bildirdi ki, bu yolla Türkiyəyə təzyiq edib, Ankaranı hansısa məslələrdə güzəştə getməyə vadar edirlər. Hesab edirəm ki, Azərbaycan prezidenti Almaniyada keçirəcəyi görüşlərdə bu məsələni bir daha gündəmə gətirərək, Azərbaycanın mövqeyni ortaya qoyacaq. Bundestaqın bu qərarına öz etirazını bildirəcək.
Əgər Almaniya bu cür məsələlərə obyektiv yanaşırsa, o zaman niyə heç də uzaq tarixdə baş verməyən Xocalı soyqrım barədə qərar çıxarmır?.”
Millət vəkili onu da əlavə etdi ki, bu səfər həm Azərbaycan-Almaniya, həm də Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından böyük əhəmiyyət kəsb edir. “Çünki Almaniya Aİ-nin lokomotiv ölkəsidir.Odur ki, bu səfər Avropanın enerji təhlükəsizliyinin inkişaf etdirilməsi baxımından yeni imkanlar açır”, – millət vəkili vurğulayıb.
Milıət vəkilinin fikrincə, səfər siyasi dialoq baxmndan da əhəmiyyətlidir. “Belə ki, Almaniya 1992-ci ildən etibarən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məqsədi ilə yaradılan ATƏT MQ-nin 11 üzvündən biridir. Bundan əlavə olaraq hazırda ATƏT-in sədridir.
Azərbaycan prezidentinin Almaniyaya səfəri həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında nəzərdə tutulan görüçündən öncəsi baş tutur. Bu görüşlərdə Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından da əhımiyyət kəsb edir”, – o qeyd edib.
Politoloq, Cənub Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə isə deyib ki, Azərbaycan artııq Bundestaqın qərarına rəsmi formada mövqeyini bildirib: “Çox güman ki, Azərbaycan prezidenti Berlində keçirəcəyi görüşlərdə bir daha tarixin saxtalaşdırması yolu ilə onu cari siyasi təzyiq mexanizmi kimi istifadəsinə yolverilməzliyi haqqında söhbət açacaq. Və bu mənfi praktikanın ölkələr və sivilizasiyalar arasında aparılan dialoqun pozulmasına gətirib çıxarmasına göstərməklə yanaşı, Bakı ilə Ankaranın bir daha bu məsələdə bir yerdə olacağını nümayiş etdirəcək”.
Politoloq hesab edir ki, bu səfər digər parametrlərinə görə əhəmiyyət kəsb edir.”Birincisi ona görə ki, son aylarda baş verən hadisələr müzakirlərin əsas müzakirə predmeti olacaq. Almaniyanın hazırda ATƏT-ə sədrlik etdiyini nəzərə alsaq, o zaman keçirilən görüşlərdə Qarabağ münaqişəsinin tənzimlənməsi danışıqların əsas ana xətti olacaq. Almaniya tərəfi atəşkəsə əməl olunmasını təklif etsə də, Azərbaycan bununla razılaşmayıb münaqişənin kompleks şəkildə həllini istəyir”, – deyə o vurğulayıb.