
“2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəmizə 6-ci medalı qazandıran Rəsul Çunayevi təbrik edirik. Uğurlar Azərbaycan!”
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.
Digər millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, Rəsul Çunayev öz adını təsdiq etdi.
“Bürünc medal uğrunda yarışda 8:0 hesabı ilə tanınmış Koreya güləşçisini vaxtından əvvəl məğlub edərək Azərbaycana 5-ci medalı gətirdi. Rəsul, biz sənə inanırdıq ! Afərin !”- deyə, o, bildirib.
“Qızıl Oğlan, Rəsul Çunayevi deyirəm, bu dəfə bürünc qazandı”. Bunu da millət vəkili Sahib Alıyev öz “Facebook” səhifəsində yazıb. “Təbrik edirəm! Erməni idmançıyla görüşdə buraxdığı səhvə görə onu qınayanları mən də qınamaq istədim, ancaq ha axtardım buradakı dostların arasında elə birinə rast gəlmədim…”- deyə, o, sonra qeyd edib.
Millət vəkili Şahin İsmayıov öz növbəsində deyib ki, Rəsul Çunayev bizə daha bir medal qazandırdı: “Təbrik edirəm. Yaxsşı bir idmançını qazanmaq üçün illər tələb olunur. Amma bəzən həmin idmançını bir gündə itirmək olur. Rəsul kimi idmançını itirmək olmaz. Hər birimiz ona dəstək olmalıyıq. Unutmayaq ki, o, bizə çox sevinc hissləri yaşadıb”.
Gununsesi.info