Deputatlar hökümətə 8 gün vaxt verdi - Büdcə zərfi dekabrın 16-da qəbul olunacaq

  • By admin
  • 08 Dekabr 2016 13:34
millimeclis-2015_40
Milli Məclis (MM)  hökumətə dekabrın 16-dək vaxt verib.
Gununsesi.info xəbər verir ki, artıq üçüncü gündür MM-də 2017-ci ilin büdcə zərfi müzakirə olunur. 
Artıq  2017-ci ilin büdcəsinin müzakirəsi yekunlaşıb və parlamentarilər tərəfindən hökumətə müzakirələr zamanı qaldırılan  təklif və məsələlərə baxıb, onları nəzərə almaq üçün müəyyən vaxt verib.
Spiker Oqtay Əsədov isə  bildirib ki, 2017-ci ilin büdcə zərfi parlamentin dekabrın 16-da keçiriləcək iclasında qəbul ediləcək.
Mürtəza 
Gununsesi.info