Deputatlar özlərinin pensiya yaşını müzakirə edəcək- ONLAR BU YAŞDA TƏQAÜDƏ ÇIXACAQ

Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik ediləcək.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsi ilə Hüquq komitəsinin fevralın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişiklik təklifinə əsasən deputatın, sabiq deputatın, Ombudsmanın, sabiq Ombudsmanın, onun ailə üzvlərinin, MSK üzvünün, sabiq üzvünün və ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna uyğun hesablanacaq.

Gununsesi.info

COMMENTS