Albaniya parlamentində müxalifətdən olan deputatlar ölkənin 2024-cü il büdcəsinin müzakirə olunduğu sessiyada müzakirələrə mane olublar.
Gununsesi.info xəbər verir ki, millət vəkilləri rəngli tüstü bombalarından istifadə edərək parlamentdə yanğın törədiblər. Alov nəzarətdən çıxmamış söndürülüb.
Albaniya parlamentindəki müxalifət deputatları 2024-cü il büdcəsi ilə bağlı səsvermənin qarşısını almaq üçün parlamentdə rəngli tüstü bombalarından istifadə edərək yanğına başlayıblar.
Son zamanlar etiraz aksiyaları və davalarla gündəmə gələn Albaniya parlamenti müxalifətdən olan deputatların hakim Sosialist Partiyasına qarşı növbəti zorakı hərəkətinin şahidi olub. Müxaliflər tribunanın önünə stul yığaraq baş nazir Edi Ramanın da iştirak etdiyi parlament iclasını tüstüləmək üçün qırmızı, yaşıl və çəhrayı tüstü bombalarından istifadə ediblər.
Aksiya zamanı parlamentdə kiçik yanğın baş versə də, yanğın nəzarətdən çıxmadan söndürülüb.
Gununsesi.info