Deputatlar paytaxtın adının dəyişdirilməsini təklif etdilər

  • By admin
  • 23 Noyabr 2016 09:52

astanaQazaxıstan parlamentinin deputatları paytaxt Astananın adını dəyişdirməyi təklif ediblər.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, deputatlar paytaxtın ölkə prezidenti Nursultan Nazarbayevin adını daşımasını istəyirlər. Onlar bu təşəbbüslərini qanunverici orqanın hər iki palatasının birgə iclasında səsləndiriblər.
“Ölkə konstitusiyasında dövlətin qurulmasına ilk prezident – Millətin lideri Nursultan Abişeviç Nazarbayevin verdiyi böyük töhfənin qeyd edilməsini, paytaxtın və digər mühüm obyektlərin adlandırılması zamanı El Basının (millətin lideri) adını əks etdirməyi təklif edirik” – deyə Qazaxıstanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən bəyannamə layihəsində qeyd olunur.
Həmçinin, deputatlar ölkə suverenliyinin 25 illiyi ilə əlaqədar Astanada abidə ucaltmağı təklif ediblər:
“Müstəqilliyin böyük yolu əbədiləşdirilməlidir. Paytaxtda “Тауельсыз Казахстан” (“Müstəqil Qazaxıstan”) abidəsi ucaltmaq lazımdır”.
1991-ci il dekabrın 16-da Ali Şura Qazaxıstan Respublikasının müstəqilliyi barədə Konstitusiya aktı qəbul edib.

Gununsesi.info