Deputatlar polislə dava edən həmkarının toxunulmazlığını götürür - ELDƏNİZ SƏLİMOVUN TOXUNULMAZLIĞI GÖTÜRÜLÜR

  • By admin
  • 30 İyul 2021 20:28

Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmazda polislə dava etməsi və polisi döyməsi barədə olay böyüyür.

Olayla bağlı cinayət işinin başlanması barədə rəsmi açıqlamadan sonra Eldəniz Səlimovun deputat toxunulmazlığının götürüləcəyi bildirilir.

HTML tutorial

Gununsesi.info-nun Milli Məclisdəki mənbələrdən əldə etdiyi xəbərə görə, parlamentin növbədənkənar sessiyasının keçirilməsi üçün deputatlar arasında imza toplanır.

Qeyd edək ki, qanunvericiliyə görə, deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisin xüsusi qərarı olmalıdır. Görünür, hakimiyyətdə Eldəniz Səlimovun cinayət məsuliyyətinə cəlb olunması üçün siyasi qərar verilib.

Gununsesi.info