Deputatlar tətilə yollandılar

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub. 

Gununsesi.org-un xəbərinə görə, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib. 

Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib. 

O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub. 

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı. 

Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar. 

Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. 

Gununsesi.org