Deputatlar yardım kampaniyasına qoşuldular

Milli Məclisin deputatları Türkiyəyə yardım kampaniyasına qoşulublar.

Gununsesi.info xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

HTML tutorial

“Milli Məclisin deputatları və əməkdaşları parlamentin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə yardım kampaniyasına qoşulublar”, – deyə komitə sədri vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.

Gununsesi.info