Deputatlardan  ermənilərə cavab

  • By admin
  • 31 May 2016 17:23

elman

Millət vəkilləri Rasim Musabəyov və Elman Məmmədov Gununsesi.info-ya açıqlamasında Ermənistan tərəfinin Azərbaycan ordusunun aprelin 2-5- arası həyata keçirdiyi hərbi əməliyyatlar zamanı işğaldan azad edilən 800 hektar ərazinin sentyabrın 1-dək geri qaytarılması barədə tələblərinə münasibət bildirib.

Rasim Musabəyovun sözlərinə görə,  ermənilərin bu cür iddialarla çıxış etməsi onu göstərir ki, onların psixi drumlarında xeyli mənfi dəyişikliklər baş verib: “Başları xarab olub. Bunu başqa cür hesab etmək olmaz. Çünki bu nə beynəlxalq hüquqa, nə məntiqə nə də digər heç nəyə sığmayan ifadələrdir”.rasim

Millət vəkili Elman Məmmədov isə bildirib ki, biz sadəcə işğal altında olan torpaqların çox az hissəsini işğaldan azad etmişik. “Və dayanmaq fikrimiz də yoxdur. O ki, qaldı içşğalçı tərəfin prezidenti başda olmaqla onun ətrafında olan adamların bu cür sayıqlamalarına, sərsəmləmələrinə bu ancaq onların xəyalından keçə bilər”. E. Məmmədov  sözlərinə görə, bu gün Ermənistanda Serj Sərkisyan başda olmaqla hərbi xuntanın həyata keçirdiyi siyasətdən beziblər: “Ona görə də bu cinayətkar dəstə onlara qarşı olan bu narazıçılıqları yatırmaq, öz siaysi hakimiyyətlərin ömrünü uzatmaq üçün bilərkədən belə sərsəm bəyantlar verib, cəmiyyəti çaşdırırlar”.

Mürtəza