Deputatlardan Lavrova boykot - AVROPA PARLAMENTİNDƏ ÇIXIŞI ZAMAN ZALI TƏRK ETDİLƏR / VİDEO

  • By admin
  • 01 Mart 2022 17:51

Cenevrədə tərksilaha dair beynəlxalq konfransda Rusiyanın xarici işlər naziri Serqey Lavrovun çıxışının yayımı zamanı bir sıra Qərb nümayəndə heyəti boykot əlaməti olaraq zalı tərk edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Frans-Press” agentliyi xəbər verib.

“Diplomatlar Lavrovun öncədən lentə alınmış çıxışının əvvəlində nümayişkaranə şəkildə zalı tərk ediblər”, – deyə məlumatda bildirilir.

Agentlik əlavə edib ki, rusiyalı naziri dinləmək üçün konfrans zalında qalanlar arasında Yəmən, Əlcəzair, Venesuela, Suriya və Tunisdən olan nümayəndə heyətləri olub.

Gununsesi.info