Deputatlardan yeni qanun layihəsinə ETİRAZ "Bu çox ciddi şübhələr ortaya qoyacaq"

  • By admin
  • 16 Noyabr 2016 12:50

millimeclis-2015_40

“Azərbaycanda belə fikirlər var ki, güya çox zaman cinayət təqibi zamanı əməliyyat-istintaq hərəkətlərini aparan orqanlar maddi sübutları özləri hadisə yerinə qoyur və sonra da götürürlər. Bu da bir çx hallarda hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

qudret

Deputat istinaq zamanı hal şahidlərinin iştirakının saxlanılmasını məcburi hesab edərək bildirib ki, əgər hal şahidləri istintaqda iştirak etməsə bu tam ədalətsiz olar: “Bəzən istintaq zamanı hal şahidlərini də ittiham edirlər. İndi isə hal şahidi olmadan istintaq çəkilişinin aparılması məhkəmə baxışında çox ciddi şübhə meyarlarını ortaya qoyacaq. Yəni əməliyyat çəkilişinin obyektivliyi, maddi sübutların hadisə yerinə istintaq əməliyyat orqanları tərəfindən qoyulub-qoyulmaması ilə bağlı ədalət mühakiməsi şübhə altına alacaq. Ona görə də hadisə yerində kameralarla yanaşı canlı hal şahidlərinin olması daha obyektiv və ədalətli olar”.

Millət vəkili Çingiz Qənizadə isə Cinayət-Prosessual Məcəlləsində hal şahidlərinin iştirakının məcburi olmaması təklifinə kəskin etirazını bildirirək deyib ki, mən bu dəyişikliyin əleyhinməyəm Onun sözlərinə görə, Cinayət Məcəlləsinə görə axtarış və əməliyyat zamanı 2 hal şahidinin iştirakı məcburidir. “Bu günə qədər evlərdə, obyektlərdə təqsirkar şəxsə məxsus istintaq aparılan ərazidə hal şahidi yaxud şahidlərinin iştirakı mütləq idi. Amma bu gün bizə təklif olunan layihədə isə qeyd olunur ki, hal şahidi iştirak edə bilər. Bu o deməkdir ki, yəni hal şahidi iştirak etməyə də bilər. Məhkəmə praktikasında 10-15 il bundan öncə görürdük ki, küçədə dayanan bir şəxs hal şahidi qismində çıxış edirdi və bu da məqbul qəbul edilirdi. Hətta hal şahidinin iştirakında məcburilik olanda belə, müəyyən qeyri-oyektivlik yaranan hallar da olurdu. Buna görə də hesab edirəm ki, cinayət işlərində məhkəmə baxışları zamanı hal şahidinin saxlanılması mütləqdir”.

cingiz

Deputat bildirib ki, sovet dövründə belə istintaq zamanı hal şahidi var idi: “Amma bu gün təklif olunan bu bənddə hal şahidinin iştirakı məcburi deyil. Hüquq müdafiəçisi olaraq bu bəndin qəti əleyhinəyəm. Bu bəndin haradan və niyə gəldiyini bir daha aydınlaşdırmalıyıq. Hətta sovet dövründə də hal şahidi var idi. Dəyişikliyə görə vətəndaşın üzərində axtarış aparılarkən hal şahidi qalır və video görüntülər çəkilən zaman da hal şahidi saxlanılır. Amma mənzildə bağda, evdə axtarış aparılarkən hal şahidinin iştirakı məcburi deyil. Bu çox böyük ehirazlar doğuracaq. Beylnəlxalq təşkilatların da buna müsbət rəyi olmayacaq. Ona görə də dəyişiklik bird aha qanunverici təşəbbüslə çıxış edən tərəflə bir daha məsləhətləşdirilsin, sonra yekun qərar verilsin”. Komitə sədri Əli Hüseynli də bu iradları qəbul edərək bildirdi ki, səslənən iradlar qanunverici təşəbbüslə çıxış edən tərəfə çatdırlacaq və məsələ bird aha İşçi qrupda müzakirə olunacaq.

Qeyd edək ki, Cinayət-Prosesul Məcəlləsinin 29.2-ci maddəsinə, “işin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır” ifadəsinin əlavə edilməsi təklif edilir. Layihəyə görə, Məcllənin 236.3 maddəsinə “hal şahidləri iştirak edə bilər”, 244.1 maddəsinə isə “azı 2 (iki) hal şahidinin iştirakı məcburidir” sözləri “hal şahidləri iştirak edə bilər” sözləri ilə əvəz edilməsi təklif olunur.245.3 maddəsinə isə “axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir” ifadəsi təklif olunur. 246.3 maddəsinə isə “Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı mütləqdir” ifadəsi təklif olunur.

Mürtəza

Gununsesi.info