Deputatların növbəti iş günü mayın 19-da olacaq – Parlament yenidən toplanır

  • By arzu
  • 14 May 2020 18:28

Milli Məclisin növbəti plenar iclası mayın 19-da keçiriləcək.

Gununsesi.org xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə  Milli Koordinatorun hesabatı dinləniləcək.

Həmçinin bir sıra qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.  İnzibati Xətalar Məcəlləsində və “Ünvanlı dövlət sosial   yardımı haqqında”  qanun layihələrinə  təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə ediləcək.

Gununsesi.org