Deputatların qaldırdıqları məsələlərə baxılacaq

  • By admin
  • 25 Noyabr 2022 12:44

Deputatların büdcə müzakirələri zamanı təmsil etdikləri regionların qaz və su təchizatı, məktəblərin tikintisi, yol infrastrukturu və digər məsələlərlə bağlı təkliflərinə aidiyyəti qurumlar tərəfindən baxılacaq.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Nazir bildirib ki, qaldırılan məsələlərin 2023-cü il büdcəsi çərçivəsində həll edilməsi və ya növbəti ilin dövlət büdcəsinə daxil edilməsi ilə bağlı qərar müvafiq qurumların təhlilləri nəticəsində veriləcək.

Gununsesi.info