Deputatların Sankt-Peterburq görüşündən gözləntiləri

  • By admin
  • 20 İyun 2016 13:04

zahid

 

Millət vəkilindən prezidentlərin görüşü ilə bağlı senssasion açıqlama: “Rusiya təhlükəsizlik qarantı rolu hüququnu əldə etməklə Qarabağ probleminin həllinə yardım edəcək. 3-4 rayonun azad olunması və bunun əvəzində Ermənistanla kommunikasiyaların açlaması barədə irəliləyişlər gözlənilir. Bunun əvəzində isə Rusiya Qarabağ məsələsində təhlükəsizliyin qarantı rolunda çıxış etmək barədə təminat istəyəcək. Necə ki, Türkiyə Qars müqaviləsi ilə Naxçıvan üzərində qarantiya hüququna malikdir. Yəni Kreml Qarabağın onun patronajlığı alıtna həllini tələb edəcək.” Bu fikirləri Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib. Bu gün Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Cəmiyyətə bu danşıqlara müəyən ümidlər var. Çünki Azərbaycan cəmiyyəti Qarabağ münaqişəsində əsas açarn Rusiyanın əlində olduğu qənaətindədir. Bu görüşün əhəmiyyətini nəzərə alaraq Gununsesi.info olaraq görüşdən gözləntilərlə bağlı millət vəkillərinə müraciət etdik.

 

aydin

 

Millət vəkili Aydın Hüseynov bildirdi ki, bu görüş Azərbaycan prezidenti İlham Əliyevin mənəvi, psixoloji və diplomatik cəhətdən tam üstünlüyü şəraitində keçirilir. “Artıq Ermənistan cəmiyyətində də bu görüşə bir pessimizm hökm sürməkdədir. Erməni cəmiyyəti anlayır ki, artıq işğalçılıq siyasəti də onlarla xeyir gətirmir və bu siyasətdən geri çəkilməyin vaxtıdır. Sadəcə mövcud situasiya Serj Sərkisyan hakimiyyətinin marağına xidmət edir. O öz hakimiyyətini qoruyub saxlamaq üçün bu danışıqlardan istifadə edir. Odur ki, bu görüşdən hansısa nəticənin olacağına ümid edirəm”, deyə millət vəkili vurğulayıb. Millət vəkili onu da əlavə etdi ki, Azərbaycan prezidenti İlham Əliyev son bəyanatlarında səsləndirdiyi kimi daha 20 il nəticəsiz danışıqlar aparmaq niyyəti yoxdur. “Bu isə çox şey deməkdir.Bütün bunları nəzərə alsaq, o zaman görüşdən nəticə gözləməyə dəyər. Ən azından bu görüşdə Azərbaycanın maraqlarına xidmət edən diplomatik cəhətdən uğurlar olacaq. Əks təqdirdə probelmin həllində güc əsas rola çevrilmiş olacaq. Ona görə ki, Azərbaycan torpaqlarını azad etmək hüququnu özündə saxlayır və bunun üçün da tam hərbi potensiala malikdir. Millət vəkili Zahid Oruc gununsesi-infoya açıqlamasında bildirib ki, bu görüşə müxtəlif baxış var. “Rusiya artıq yaranmış durumun fərqindədir ki, proseslər nə ilə nəticələnə bilər.Əgər Moskva Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməzsə, o zaman təkcə regionda deyil, eyni zamanda beynəlxalq aləmdə imicinə ciddi zərbə dəymiş olacaq. Odur ki, Moskva təşəbbüsü ələ alaraq görüşü təşkil edib.” Millət vəkili onu da xatırlatdı ki, Ermənistan-Azərbaycan münaqişəsində Ryusiyanın pazı olmadığı model uğur qazana bilməz: “Lakin Qərbin də bu problemin həllində həlledici rola malik oyunçudur. Odur ki, Sankt-Peterburq görüşü Qərb dairələri tərəfindən diqqətlə izlənilir.” Sankt-Peterburq görüşlərinə ümidli olduğunu deyən millət vəkili əlavə etdi ki, Azərbaycan ilk dəfədir siyasi, iqtisadi və hərbi cəhətdən üstün şəçkildə Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə qatılır və bu danışıqlar üçün böyük avantajdır: “Azərbaycandan fərqli olaraq Ermənistan tərəfində bir inamsızlıq hökm sürməkdədir. İrəvan artıq Rusiya olan ümidlərini itirib və yeri gəldikcə Moskvanı ittiham edir. Ona görə də bu fonda Serj Sərkisyanın görüşlərə maksimal hisslərlə qatılacağı mümkün deyil.” Danışıqlarda uğurların olacağını qeyd eədn Z. Oruc bildirdi ki, 3-4 rayonun qaytarılması və bunu əvəzində Ermənistanla Azərbaycan arasnda kommunikasiyaların açlaması barədə irəliləyişlər gözləmək olar: “Bunun əvəzində isə Rusiya Qarabağ məsələsində təhlükəsizliyin qarantı rolunda çıxış etmək barədə təminat istəyəcək. Necə ki, Türkiyə Qars müqaviləsi ilə Naxçıvan üzərində qarantiya hüququna malikdir. Yəni Kreml Qarabağın onun patronajlığı alıtna həllini tələb edəcək. O baxımdan hesab etmək olar ki, Sankt-Peterburqda keçirilən bu görüş təkcə Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda Qafqaz bölgəsində siyasi, iqtisadi və təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən danışıqdır. Yəni biz artıq yeni bir mərhələnin astanasındayıq.” Millət vəkili onu da əlavə etdi ki, Qərb Putinin rəhbərliyi ilə keçirilən görüşdə əldə olunan irəliləyişləri əngəlləyə bilər: “Qərb bu istiqamətdə əlindən gələni etməyə çalışacaq. Çünki bu gün Putinin bir xilaskar obrazı Qərbin maraqlarına uyğun deyil.” Z. Oruc sonda onu da əlavə etdi ki, danışıqlarda nəticə olmayacağı təqdirdə siyasi danışıqları hərbçilər əvəz edəcək və prosesi onlar aparmalı olacaqlar.

 

elman

 

Millət vəkili Elman Məmmədovun fikrincə, ə qədər ki, bu gün Ermənistanda siyasi hakimiyyəti hərbi xunta ələ keçrib və idarə edir, bu danışıqlardan nəticə gözləməyə dəyməz. “Ancaq bizim ümidimiz onlara deyil, ermənilərə bütün tarix boyu havadarlıq edib, onlara Azərbaycan torpaqlarında dövlət yaradan və zaman-zaman torpaqlarımızın işğalında dolayısı ilə və ya birbaşa iştirak edən qüvvələrədir. Nəhayət o qüvvələr anlayır ki, Azərbaycan artıq 1990-c illərin Azərbaycanı deyil. Bu gün güclü iqtisadiyyatı, ordusu olan bir ölkə var. Necə ki, 25 il ərzində erməniləri himayə edən beynəlxalq qüvvələr, təşçkilatlar və dövlətlər bizə konstruktiv mövqe nümayiş etydirməyi tövsiyyə edirdilərsə. Indi Azərbaycan o qüvvələr məsləhət veriri ki, siz erməniləri başa salın. Qoy onlar ağılların başlarına yığıb iğal etdikləri topaqlar azad etsin. Əks təqdirdə hər bir erməni ailəsinə əsgər meyidi gedəcək. Bu baxımdan biz bu görüşdən nəticə gözləyirik. İnanıram ki, bu öz nəticəsini verəcək.” E. Məmmədov onu da əlavə edib ki, bu görüş əvvəlki görüşlərdən fərqlənir.”Çünki Azərbaycan imitasiya xatirinə keçirilən görüşlərdə iştirak etmək niyyətində deyil. Əgər danışıqlar nəticəsiz qalcaqsa, o zaman Azərbaycan ən qəti addımlara əl atmalıdır. Hərbi gücdən istifadə edib torpaqlarını işğaldan azad etməlidir”.

 

Mürtəza Bunyadlı