40 saylı Gəncə 3-cü seçki dairəsindən deputatlığa namizəd Salman İmanlı təşviqat kampaniyası haqqında danışıb.
Gununsesi.info-ya açıqlamasında deputatlığa namizəd deyib ki, seçicilərlə görüşdə rastlaşdığı mənzərə onu məyus edir: “Mən bir neçə dəfə namizəd olmşuşam. Yüksək nəticələr əldə etsəm də qələbəmi rəsmiləşdirə bilməmişəm. Amma bu məni ruhdan salmayıb. Seçicilər isə deyir ki, mənası yoxdur, səs versək də nəticə olmayacaq və ona görə də seçkiyə getmək istəmirlər”.
Salman İmanlı hesab edir ki, hər bir seçici vətəndaş məsuliyyətini dərk edib seçkiyə gedərsə, nəticələri dəyişmək mümkün olmaz: “Amma insanlar biganədir. Seçkiyə getmək istəmir. Maraqlı məqam burasındadır ki, deputatlığa namizədlərin əksəriyyəti seçicilərlə görüşdə onların problemini qaldırmır. Bu əsasən YAP-ın namizədlərinə aiddir”.
Elman
Gununsesi.info