Deputatlığa namizəddən rüşvət alan hakim qarşısında

  • By admin
  • 02 Noyabr 2018 12:29

Bakı Ağır Cinayətlər Məhkəməsində deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Gununsesi.org bildirir ki, məhkəmənin hazırlıq iclası noyabrın 6-da hakim Eldar Mikayılovun sədrliyi ilə keçiriləcək.

E.Babayevə qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdara rüşvət almaqda) maddəsi ilə ittiham irəli sürülüb.

Akif Şəmiddin oğlu Rəhimov və Elvar Mirzələkbər oğlu Xəlilov zərərçəkən şəxslərdir.

Zərərçəkmiş A.Rəhimov 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.

Digər zərərçəkmiş E.Xəlilov isə hüquqşünasdır. O, 2009-cu ildə hakimiliyə namizədlərdən olub.