“Despacito” mahnısının klipi “YouTube” tarixində ən çox izlənən video oldu

  • By admin
  • 05 Avqust 2017 21:35

klippp

Puertorikolu ifaçı Luis Fonsi və repçi Deddi Yanki tərəfindən ifa olunmuş “Despacito” mahnısına çəkilmiş klip “YouTube” portalında son yeddi ayda üç milyarda yaxın baxış sayı toplayıb və saytın tarixində ən çox izlənən video olub.

Gununsesi.info “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bu göstərici ötən ay ən çox baxış sayı yığmış repçi Uiza Xəlifə və Çarli Putun “See you again” klipini üstələyib. Hazırda “Despacito” klipinə baxış sonuncu göstəricidən üç milyon daha çoxdur.

“Despacito” mahnısı “Billboard Hot 100” mahnı çartında 12 həftədir ki, birinciliyi qoruyub saxlayır. İyul ayında mahnıya 4,6 milyard dəfə qulaq asıblar.

Gununsesi.info