Devid Kameron NATO-nun növbəti baş katibi ola bilər

  • By admin
  • 03 Mart 2017 16:39

kemeron

Avstriyanın gündəlik “Kurier” qəzetinin yaydığı məlumata əsasən, Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kameron gələn il NATO-nun növbəti Baş katibi ola bilər. O, hazırda bu vəzifəni tutan norveçli sosial-demokrat Yens Stoltenberqi əvəz etməlidir.

Gununsesi.info xəbər verir ki, hərbi dairələrdən mətbuata sızan məlumata əsasən, bu vəzifəyə D. Kameronun namizədliyinin irəli sürülməsi ilk növbədə ABŞ rəhbərliyinin razılığı ilə baş tutub. Çünki Böyük Britaniya öz arsenalında nüvə silahlarına malik güclü orduya sahibdir və ABŞ-ın tələbinə əsasən ümumi daxili məhsulun iki faizi həcmində xərcləri müdafiə məqsədləri üçün sərf edir.

Böyük Britaniyanın Baş naziri Tereza Mey hərbi alyansın rəhbəri vəzifəsinə öz həmyerlisinin gətirilməsi barədə qərar qəbul edərsə və namizədliyi dəstəkləyərsə, o zaman Devid Kameronun Baş katib vəzifəsinə seçilmək üçün böyük şanslara sahib olacağı bildirilir.

Gununsesi.info