Devid Kameron istefa verib

  • By admin
  • 24 İyun 2016 11:40

devit

 

 

Böyük Britaniya baş naziri Devid Kameron istefa verib. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, o bunu canlı yayımda xalqa müraciəti zamanı deyib.

O bildirib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir.

Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən Kameron növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumda əksəriyyət ölkənin Avropa İttifaqından ayrılmasına səs verib.

Gununsesi.info