Devid Kemeron qapı arxasında qalıb

  • By admin
  • 29 İyun 2016 13:47

 

13551147_10206174277385549_977078899_n

 

Brüsseldə keçirilən sammitdə Avropa İttifaqına 27 üzv ölkənin lideri Devid Kemeronu qapı arxasında saxlayıb. Bundan başqa Aİ liderləri Böyük Britaniyanın gələcək əməkdaşlığı barədə danışıqların, üçüncü ölkələrlə olduğu kimi, ümumi əsaslar üzrə, onun keçmiş üzvlüyünə görə hər hansı bir güzəştsiz, ilkin zəmanət və ya xüsusi şərtlər olmadan aparılacağını bildiriblər.

Gününsesi.info qərb mətbuatına istinadən xəbər verir ki, Britaniya lideri Avropa İttifaqının sammitinin ikinci günündə də iştirak etməyəcək. Sammitdə Böyük Britaniyanın Aİ-nın tərkibindən çıxmasının ardından qurumun gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Avropa institutlarının liderləri kimi, ittifaqın 27 üzv ölkəsi başçılarının böyük əksəriyyəti də Lissabon sazişinin 50-ci maddəsinə uyğun olaraq Kemeronu ölkəsinin Aİ-nin tərkibindən çıxması barədə rəsmi bildirişi tezləşdirməyə çağırıb.

Gülnaz Qənbərli