Bu gün Sudanda baş vermiş hərbi çevrilişdən sonra istefaya gedən prezident Ömər əl-Bəşiri həbs olunub.
Gununsesi.org-un “Röyters”ə istinadən xəbərinə görə, bu barədə müdafiə naziri Əvad bin Auf televiziya vasitəsilə xalqa müraciətində bildirib.
Nazir prezidentin harada və nə zaman həbs olunduğu ilə bağlı məlumat verməyib.
O, həmçinin qeyd edib ki, Ömər əl-Bəşirin rejimi çökdürülüb.