Tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva övladları Məhəmməd və Həsənlə bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, o, görüntüləri “Instagram” hesabında yayımlayıb.
Görüntülərdə R.Əliyevanın əkizləri analarına olan sevgilərini göstəriblər. Onlar ailə qursalar da, ilk növbədə, analarını sevəcəklərinə söz veriblər.
“Maqa (Məhəmməd) bayaq qadınlarla bağlı çox maraqlı bir şey dedi. Dedi ki, mənim həyatımda heç vaxt sevgisi azalmayan iki qadın olacaq: anam və Sabina. Həsən də, Maqa da deyir ki, evlənsələr də, anaları birinci olacaq. Bu görüntüləri siz evlənənə qədər saxlayacağam. Deyirlər ikimizin sevgisi heç vaxt azalmayacaq. Görək…” – deyə iş xanımı qeyd edib.