“Deyir özümü bəyənmirsən, heç olmasa şeirlərimi bəyən…” – tanınmış jurnalistdən etiraz

  • By admin
  • 15 İyul 2016 11:19

AZpressAZ_mezahir_sul

 

“Yapışıb yaxamdan ki, məni niyə bəyənmirsən…Deyirəm, ay bacı, qoca arvadsan, nə mənim bəyənən vaxtımdı, nə də sənin bəyənilən…Əl çəkmir, deyir özümü bəyənmirsən, heç olmasa şeirlərimi bəyən”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış jurnalist Məzahir Süleymanzadə öz “Facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib.

“Mən yalnız səninçün yazıram, hamı bəyənir, sən isə özünü o yerə qoymursan…Beş – altı şeirini oxudum, olan – qalan zövqüm də korlandı. Axırda naəlac qalıb yazdım ki, güzəştlə özünü bəyənə bilərəm, bu şərtlə ki, bir daha şeir yazmayasan, FB-da şəkillərini paylaşmayasan. Cavab verdi ki, nə tez məni qısqanmağa başladın…Yalvarıb – yaxarır ki, heç nə istəmirəm, mənə gündə bir bənd şeir göndər. Mən də göndərirəm. Yox, özüm yazmıram, Aşıq Ələskərdən üzü bəri, kimin məhəbbət şeiri yadıma düşürsə, göndərirəm ki, sakitləşsin…Amma insafən hələlik sözünün üstündə durub, bir həftədir FB- da şeir paylaşmır…”-deyə, tanınmış jurnalist daha sonra qeyd edib.

Gununsesi.info