DGK Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığı barədə məlumat verdi

  • By admin
  • 28 Avqust 2017 19:30

kecid_menteqe_290817

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığının yaranmasına dair məlumatlara münasibət bildirib.

Gununsesi.info Milli.Az-a istinadən xəbər verir ki, komitənin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin məlumatlar həqiqətə uyğun deyil. Belə ki, 27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb:

“Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir”.

Gununsesi.info