DGK büdcəyə 1,2 milyard manat vəsait köçürüb

  • By admin
  • 06 Aprel 2022 12:34

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib.

Gununsesi.info-nun məlumatına görə, bunu DGK sədri Səfər Mehdiyev Twitter səhifəsində bildirib.

“İlkin məlumata görə, 1 milyard 230,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84 milyon manat artıq deməkdir”, – S.Mehdiyev yazıb.

Gununsesi.info