DGK-dan büdcəyə 2,3 mlrd. manatlıq köçürmə

  • By admin
  • 30 Dekabr 2016 19:19

gomruk

 

Dekabrın 30-na olan məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) cari ildə nəzərdə tutulan 1 mlrd. 810 mln. manat illik büdcə proqnozuna qarşı 2 mlrd. 285,43 mln. manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 126,27% əməl edib.

DGK-nın Mətbuat Xidmətindən Gununsesi.info-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 693,5 mln. manat və ya 43,6% çoxdur.

Gununsesi.info