DGK rəsmisi Astarada vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağı­rov oktyabrın 21-də saat 11:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzin­də (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 23 b) Astara, Lerik və Lənkə­ran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, qəbul zamanı Astara, Lerik və Lənkəran rayonları sakinlərinin gömrük məsə­lələri ilə bağlı müraciətləri dinləniləcək.

HTML tutorial

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Gununsesi.info