Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının miqdarı açıqlandı

  • By admin
  • 27 Oktyabr 2017 15:36

“Bu günə qədər 150 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı 465 manat təşkil edib”.

Gununsesi.info-nun məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir: “Bunun üçün distant ixtisasartırma proqramı hazırlanaraq tətbiq edilməlidir”.

M.Cabbarov qeyd ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı artır: “Bu il 500-dən çox bal toplayan 1359 nəfər müəllimlik ixtisasını seçib”.

Gununsesi.info