Diaqnostika Mərkəzi ötən ili ziyanla başa vurdu

  • By admin
  • 02 Avqust 2016 09:40

daqnostika

 

 

2015-ci ildə “Respublika Müalicəvi Diaqnostika Mərkəzi” ASC-nin aktivləri 63,1% artaraq 11,486 mln. manat təşkil edib.

Gununsesi.info xəbər verir ki, aktivlərin 5,410 mln. manatı uzunmüddətli, 6,076 mln. manatı isə qısamüddətlidir.

Mərkəzin 11,486 mln. manat həcmində öhdəliyi var. ASC-nin kreditor borcları il ərzində 22 dəfə artaraq 3,754 mln. manata çatıb.

Hesabat dövründə mərkəzin gəlirləri 17,3% azalaraq 4,294 mln. manat olub.

ASC ötən ili 1 mln. 26 min 774,88 manatlıq zərərlə başa vurub.

 

Gununsesi.info