Diaqnostika Mərkəzindən məmnun qalan vətəndaş yazır

Azərbaycanda son zamanlar səhiyyə xidmətinin təşkili, ayrı-ayrı tibbi müəssisələrində vətəndaşlara münasibət hər zaman cəmiyyətin müzakirə mövzusu olub.

Zaman-zaman mediada və sosial şəbəkələrdə neqativ hallarla rastlaşanda, bəzən düşünürsən ki, görəsən, bütün ölkənin tibb ocaqlarında belədir?

Bugünlərdə mənim də yolum Respublika Diaqnostika Mərkəzindən düşdü. Sağlamlığımda yaranmış problemə görə, bir neçə gün bu tibb ocağının qonağı oldum.

Respublika Diaqnostika Mərkəzindən olduqca məmnun qaldım. Bu günə qədər getdiyim tibb ocaqları içərisində məni ən çox məmnun edən bu mərkəz oldu.

Sözün açığı orada rastlaşdığım mənzərə , baş həkimdən tutmuş bütün tibbi personalın mənə və digər vətəndaşlara münasibətini bu fikirləri söyləməyi özümə borc bildim.

Əvvəla ondan başlayım ki, Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova, uzman həkim Ağakişi Yəhyayev, onun köməkçisi Aytən xanım, İranə xanım əsl işinin peşəkarlarıdır.

Onların hər birinin təvazökar münasibətini, xəstənin anlaya biləcəyi formada danışığı məndə məmnunluq yaratdı.

Bu tibb ocağında yaradılan ən müasir şərait də xüsusi qeyd edilməlidir. Müayinələr, onun nəticələrinin dəqiqliklə öyrənilməsi və nəhayət, peşəkar həkim komandası bu tibb müəssisəsini ölkəmizin ən qabaqcıl tibb ocaqlarından birinə çevirib.

 

 

Sədi Nərimanoğlu