Diaspor gəncləri “Zəfər Yürüşü”nə çıxıblar - FOTOLAR

  • By admin
  • 09 Noyabr 2022 13:14

Xaricdə yaşayan Azərbaycan Diaspor Gəncləri (ADG) platformasının 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Yürüşü” marafonu keçirilib.

Marafon Azərbaycan Macarıstan Məzunlar Birliyinin (AHAU) sədri, ADG-nin üzvü Günay Bayramovanın təşəbbüsü, Azərbaycanın Gənclər Fondu, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), AHAU və ADG-nin birgə təşkilatçılığı ilə baş tutub.

Marafonda İngiltərə, Kanada, Finlandiya, İsveç, Avstriya, Polşa, Almaniya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Belarusiya, Özbəkistandan olan diaspor gəncləri və ADG üzvləri iştirak ediblər.

Yürüş Macarıstanın ən yüksək zirvəsində yerləşən, Şuşanın qardaş şəhəri adlandırılan Gyöngöş şəhərindən start götürüb.

Diaspor gəncləri xarici dostları ilə birlikdə yaşadıqları ölkələrin yüksək zirvələrinə yürüş edərək, bayrağımızı dalğalandırıb, “Zəfər Günün mübarək, Vətən!”, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” kimi qələbə və təbrik şüarlarını səsləndiriblər.

Gununsesi.info