Diaspora Nazirliyi ləğv edildi - Gürcüstanda

  • By admin
  • 11 Noyabr 2016 16:59

nazirlik

Gürcüstan  höküməti Diaspora İşləri üzrə Dövlət Nazirliyini ləğv edib.

Gununsesi.info gürcü mətbuatına istinadən xəbər verir ki,  bunu ölkənin ədliyyə naziri Teya Tsulukiani hökumətin iclasından sonra bildirib.

Onun sözlərinə görə, həmin qurumun funksiyası Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxil ediləcək.

Qeyd edək ki,  Gürcüstan Gənc Hüquqçular Birliyi hökuməti diaspora işləri üzrə qurumu ləğv etməməyə çağırmışdı.

Gülnaz Qənbərli

Gununsesi.info