Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

  • By admin
  • 05 İyul 2017 12:16

diaspora6_1079238785491480_7246260333441241068_n_267

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür.  

Gununsesi.info bu münasibətlə Dövlət Komitəsinin rəhbərliyi başda olmaqla bütün kollektivi, dünyanın müvxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərini və üzvlərini, həyatını, illərini diaspor işinə həsr etmiş hər bir soydaşlarımızı, diasporumuzdan yazan jurnalistləri və ümumiyyətlə, bu sahə ilə yaxından- uzaqdan əlaqəsi olan hər kəsi təbrik edir!
Bayramımız mübarək!

Qeyd edək ki,  2002-ci ilin 5 iyulunda ulu öndər Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalayıb.

Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılıb.

Gülnaz Qənbərli

Gununsesi.info