Dibala türk futbolçuya əsgər salamı verib onu qucaqladı – Video

  • By arzu
  • 27 Noyabr 2019

“Yuventus”un  ulduz futbolçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsində hazırda davam edən “Atletiko” ilə matçda vurduğu qolu əsgər salamı ilə qeyd edib.

Gununsesi.org xəbər verir ki, argentinalı hücumçu görüşdə hesabı açdıqdan sonra əsgər salamı verərək ehtiyatda oturan komanda yoldaşı Merih Demiralın yanına gedib və onu qucaqlayıb.

 Qeyd edək ki, Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da onlar Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər. /Qafqazinfo.az

 

 

Gununsesi.org