İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Əflatun Mirzəyev saxlanılıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə DİN-dən verilən açıqlamada deyilir.
Məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info