
Kultivasiya yolu ilə dibçəklərdə yetişdirilən 6 ədəd çətənə kolu, 6,983 qr marixuana aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Nəcəfovun həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə yetişdirilən 6 ədəd çətənə kolu, habelə evindən 6,983 qram marixuana aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info













