Dietoloq səhər yulaf sıyığı yeməyin faydaları haqqındakı mifi dağıtdı

  • By admin
  • 10 Sentyabr 2020 16:04

Səhər yeməyində yulaf yarması sıyığı yeməyin faydalarına dair universal tövsiyə artıq aktuallığını itirib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dietoloq Darya Rusakova “Ridus”a bildirib.

“Tərkibində çox miqdarda pəhriz lifi olan dənli bitkilər, o cümlədən yulaf yalnız zərərli maddələri “təmizləmir”, həm də bir süngər kimi davranıb faydalı maddələri, məsələn, kalsiumu da özünə çəkə bilər”, – həkim deyib.

Kalsiumun bədəndən atılmasının qarşısını almaq üçün səhər yeməklərində növbəli menyu eləmək lazımdır: həftədə bir-iki dəfə yulaf unu bişirin, qalan vaxtlarda isə zülallı bir şey (kəsmik, pendirli kek, güveç və ya omlet) hazırlayın.

“Zülallı səhər yeməyi qida termogenezini artırır – orqanizm zülallı məhsulu parçalamaq üçün çox enerji sərf edir, buna görə qızışır və maddələr mübadiləsi sürətlənir. Belə səhər yeməyi bədən quruluşu üçün daha faydalı olar. Həm zülal, həm də pəhriz lifi alacaqsınız, özü də çox kalori olmadan”, – D.Rusakova izah edib.

Dietoloq qeyd edib ki, kimsə yenə də səhər yeməyində sıyığa üstünlük verərsə, ona qaymaq, yağ və şəkər əlavə olunacağı halda yeməyin kalori tutumunun artacağını xatırlamalıdır.

 

 

Gununsesi.info