Digər 4 anklavın Azərbaycana qaytarılması… - XİN

Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ölkəmizin əhəmiyyətli diplomatik uğurlarındandır.

Gununsesi.info xəbər verir ki, bunu APA-ya müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, digər 4 anklavın – Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması daim diqqət mərkəzindədir.

“Bu məsələ delimitasiya komissiyaları çərçivəsində öz həllini tapmalıdır”, – Ayxan Hacızadə qeyd edib.

 

Gununsesi.info