“Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi İranın seçimidir, hətta…” - RUHANİ ANDİÇMƏDƏ BELƏ DEDİ

  • By admin
  • 05 Avqust 2017 20:00

ruhani

“Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidenti Həsən Ruhani bildirib.

“Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir”, – deyə H. Ruhani qeyd edib.
Prezident əlavə edib ki, rəsmi Tehan nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq: “İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq”.

Gununsesi.info