Livanın paytaxtı Beyrutda uzun illərdir dilənçilik edən qadının milyonçu olduğu üzə çıxıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl cəsədi tapılan 54 yaşlı Fatma Məhəmməd Osman 15 ildir istifadəsiz avtomobildə yaşayıb. Polisin araşdırması zamanı maraqlı fakt ortaya çıxıb. Qadının yaşadığı avtomobildə 4 min dollar tapılıb. Üstəlik, Fatmanın bank hesabı da var imiş və o, 5,5 milyon dolların sahibi olub.
“Dünyanın ən zəngin dilənçisi” kimi gündəmə gələn Fatma İsrailin Livanı işğal etdiyi 1982-ci ildən eyni məhəllədə yaşayıb. Ona illərdir kömək əli uzadan zərgər Nebil əl-Asta açıqlamasında “Onun sərvəti mənimkindən çox imiş” deyib. Fatmanı 2007-ci ildən tanıdığını deyən zərgər əlil olan Fatmanı bir neçə dəfə həmin məhəllədən uzaqlaşdırmaq istədiklərini, ancaq buna özünün və dostlarının icazə vermədiyini bildirib.
Gununsesi.info